Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Əfqanıstan Baş Qərargahı yayıb.
Bildirilib ki, Əfqanıstan Silahlı Qüvvələri ötən gün ərzində 12 nəzarət əməliyyatı, 95 xüsusi təyinatlı əməliyyat təşkil edib, həmçinin hərbi hava qüvvələrinə məxsus təyyarə və helikopterlər 132 uçuş həyata keçirib.
Qeyd olunub ki, havadan və qurudan keçirilən əməliyyatlarda “Taliban” və İŞİD-dən ümumilikdə 78 qiyamçı və terrorçu məhv edilib, daha 110-dən çoxu yaralanıb.
Məlumata əsasən əməliyyatların mərkəzi olan Hilmənd vilayətində “Taliban”nın nəzarətindəki 3 yaşayış məntəqəsi azad edilib və 3 silah deposu aşkarlanaraq müsadirə olunub.
Dəyanət Ağalarlı
Ordu.az