İranın ballistik raketləri nüvə imkanlı ola bilərmi? - İDDİA

2018/08/39454443_283986682400746_2177653409547550720_n_1534588392.jpg
Oxunub: 662     21:21     18 Avqust 2018    
Geniş yayılmış iddiaya görə, İranın bütün raket sistemləri gələcəkdə nüvə silahları çatdırma xüsusiyyətinə malik olmağa uyğun dizayn edilir və buna görə də onun bütövlükdə raket təkmilləşdirmə işləri dayandırılmalıdır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, raketlərin təbii nüvə imkanını müəyyənləşdirmək üçün 1987-ci ildə Raket Texnologiyasına Nəzarət Rejimi (MTCR) raketlər üçün beynəlxalq standart təyin etdi.

Bu standartlara görə, 500 kiloqramlıq faydalı yükü 300 kilometr və ya daha uzağa daşıya biləcək raketlərin yayılması qadağan edilirdi. İranın hazırda mövcud olan 13 ballistik raket sistemindən səkkizinin bu həddi aşdığı və nüvə imkanına malik olduğu ehtimal edilir.

Geri qalan beş raketin isə hər biri “Fateh-110” ailəsinə aiddir. Onların böyük ölümcüllüyə qadir olduğu və xüsusilə İsraillə mübarizədə “Hizbullah”a ötürüldüyü iddia olunur. Lakin həmin raketlər nüvə istifadəsi üçün dizayn edilməyib.

İranın qısa mənzilli raketlərindən ikisi “Şahab-1” və “Şahab-2” Sovet dövrünün “Skad-B” və “Skad-C” modeli üzərində hazırlanıb. Onlar ənənəvi silahların daşınması üçün dizaynlaşdırılıb. Bu sistemlər də MTCR-nin standartlarını aşır və nüvə silahları daşımağa qadirdir. Lakin onların sırf bu məqsədlə dizaynlaşdırıldığını demək yanlış olardı. Çünki İran bu raketləri 1980-ci illərdə İraqın raket hücumlarına qarşı müdafiə məqsədilə əldə etmişdi.

İranın digər bir raketi olan “Qədr” sisteminə baxdıqda isə onun da nüvə imkanlı olduğuna dair ciddi sübutlar var. Üstəlik onun Şimali Koreyanın verdiyi “Nodonq” raketlərinin üzərində hazırlandığı ehtimal edilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İran   Nüvə-Silahı   İddia  

İranın ballistik raketləri nüvə imkanlı ola bilərmi? - İDDİA

2018/08/39454443_283986682400746_2177653409547550720_n_1534588392.jpg
Oxunub: 663     21:21     18 Avqust 2018    