Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum qiyamçıların təxminən 40 nəfərlik bir qrupu tərəfindən həyata keçirilib.
Məsələ ilə bağlı Laqman vilayət rəhbərliyindən verilən açıqlamada qeyd olunub ki, “Taliban” qiyamçılarının hücumu məntəqədəki hərbi qüvvə tərəfindən uğurla dəf edilib.
Məlumata əsasən, baş verən qarşıdurmalarda azı 10 qiyamçı zərərsizləşdirilib, ordunun 4 hərbçisi yaralanıb. Qiyamçılar geri çəkilməyə məcbur olub.
Dəyanət Ağalarlı
Ordu.az