Ordu.az “Military Times” a istinadən xəbər verir ki, hücum Yəmənin şərqində yerləşən Mərib vilayətində baş tutub.
Məlumata görə, aviazərbələr nəticəsində “Əl-Qaidə”nin regional liderlərindən olan və qrup üçün bombaların hazırlanmasına rəhbərlik edən İbrahim Əl-Əsiri məhv edilib.
Onun həm də 2009-cu il Milad bayramında ABŞ-ın Detroit şəhərində nəqliyyat təyarəsinin qaçırılmasına cəhdin arxasında duran şəxs olduğu bildirilir.
36 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı olan bu şəxs Birləşmiş Ştatların ən çox axtarılan terrorçular siyahısında idi.
Ağalar Ağalarlı
Ordu.az