İsrail ordusunda azlıqlardan ibarət bölmələr ləğv ediləcək

2018/08/5_1534581385.jpg
Oxunub: 775     17:53     18 Avqust 2018    
İsrail ordusu daxilində druzlardan və beduyinlərdən ibarət hərbi birliklər yeni islahatlardan sonra ümumi bölmələrə daxil ediləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat İsrail Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, druzlardan və beduyinlərdən ibarət hərbi bölmələrin yaradılması bu azlıqlarda hərbi təcrübənin qənaətbəxş səviyyədə olmamasının doğurduğu problemləri daha effektiv şəkildə aradan qaldırmaq məqsədi güdürdü.

“Hazırda ordu daxilində Druz və Beduyin cəmiyyətlərindən ibarət xüsusi bölmələr mövcuddur. Lakin artıq onlarla yəhudi icmasından olan hərbçilər arasında heç bir keyfiyyət fərqi mövcud deyil. Buna görə də qarşıdakı illərdə bu icmalardan olan hərbi birliklərin ümumi orduya inteqrasiyası həyata keçiriləcək”, - deyə o qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İsrail-ordusu   İslahat  

İsrail ordusunda azlıqlardan ibarət bölmələr ləğv ediləcək

2018/08/5_1534581385.jpg
Oxunub: 776     17:53     18 Avqust 2018    