Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
Bildirilib ki, Tramp artıq bu məsələ ilə bağlı Pentaqon rəhbərliyinə təklif irəli sürüb.
Məlumata əsasən bu barədə qərar qəbul ediləcəyi təqdirdə Pentaqon Əfqanıstandakı missiyalar üçün muzdlu hərbi xidmət təşkil edən hər hansısa özəl bir şirkətlə müqavilə bağlayacaq.
Əməkdaşlıq ediləcək şirkət də məhz Əfqanıstandakı ABŞ hərbçilərinin əvəzlənməsi məqsədilə muzdlu fəaliyyət göstərəcək hərbi qulluqçularla təchiz edəcək.
Qeyd edək ki, Donald Trampın bu addımda məqsədi ABŞ hərbçilərinin ölüm hallarını minimuma endirməkdir.
Dəyanət Ağalarlı
Ordu.az