“Sikorsky” MH-60 helikopterlərinə mühəndis xidməti təmin edəcək

2018/08/5e46e456_1534576471.jpg
Oxunub: 4058     19:13     18 Avqust 2018    
“Sikorsky Aircraft” ABŞ-ın MH-60 “Sierra” helikopterlərinin vəziyyətinə dair analizin hazırlanmasına dair 9,7 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə kompaniyanın mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, müqavilə əsasında MH-60 çoxmissiyalı helikopterlərin gözlənilən istifadə müddətini müəyyənləşdirmək məqsədilə zəruri mühəndis xidmətləri təmin olunacaq.

Müqavilədə nəzərdə tutulan işlərin Stratfordda həyata keçirilməsi və 2022-ci ilin yanvarında tamamlanması planlaşdırılıb.

Qeyd edək ki, MH-60 “Sierra” standart “Black Hawk” nəqliyyat helikopterlərinin modifikasiyasıdır. O, 2002-ci ildən etibarən istifadə olunur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sikorsky-Aircraft   ABŞ  


Bizi "telegram"da izləyin