Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Müdafiə naziri Ceyms Mettis bildirib.
Latın Amerikasında səfərdə olan Ceyms Mettis səfəri zamanı onu müşayiət edən amerikalı media üzvlərinə açıqlamalar verərkən Münbicə də toxunub.
Münbic ətrafında patrul reydləri davam etdiyi bir vaxtda, bunun Münbic daxilində nə vaxtdan başladılacağı ilə dair suala Mettis belə cavab verib: “Təlimlərin 72 saat ərzində başlaya biləcəyini deyə bilərəm. Ola bilsin ki, bundan da tez başlasın”.
O, təlimlərlə əlaqəli personalın və ləvazimatların artıq Türkiyədə olduğunu bildirsə də, detallara girə bilməyəcəyini söyləyib, konkret olaraq Münbicdə patrul reydlərinin nə vaxt başlayacağı sualını isə cavabsız qoyub.
Ağalar Ağalarlı
Ordu.az