Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqonun mətbuat xidməti yayıb.
Bildirilib ki, Hərbi Hava Qüvvələrinin xidmətindəki 112 ədəd HH-60G “Pave Hawk” helikopterlərindən ibarət eskadrilya tam əsaslı olaraq yenidən formalaşdırılacaq.
Belə ki, bunun üçün Pentaqon ya eyni sayda HH-60W helikopteri alacaq, yaxud da onları sinifin tamamilə fərqli nümayəndəsi olan UH-60L helikopterləri ilə əvəzləyəcək.
Qeyd edək ki, layihəyə növbəti ildən start verilməsi planlaşdırılır. Helikopterlərin isə 2020-2029-cu illərdə təhvil verilməsi istənilir.
Dəyanət Ağalarlı
Ordu.az