Səudiyyə Ərəbistanı husilərə məxsus ballistik raketi məhv edib

2018/08/636184-ballistic-missile-saudi_1534571367.jpg
Oxunub: 219     13:47     18 Avqust 2018    
Səudiyyə Ərəbistanı husi qiyamçıları tərəfindən Nəcrana edilən növbəti ballistik raket hücumunun qarşısını alıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Səudiyyə Ərəbistanının liderlik etdiyi Ərəb koalisiyasının mətbuat katibi polkovnik Turki Əl-Maliki səsləndirib.

O bildirib ki, koalisiyanın Səudiyyə Ərəbistanının Nəcran vilayətində yerləşən hərbi bazasında husi qiyamçılarının hücumuna qarşı artıq lazım gələn tədbirlər görülüb.

“Qiyamçılar tərəfindən həyata keçirilən raket hücumu bazada yerləşdirilmiş hava hücumundan müdafiə sistemləri vasitəsilə dərhal məhv edilib. İtki yoxdur və bazaya maddi zərər dəyməyib. Hazırda son günlərdə intensivləşən bu hücumlara qarşı adekvat cavablar vermək məqsədilə lazım olan tədbirlər görülüb”, - deyə o qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Səudiyyə-Ərəbistanı   Ərəb-Koalisiyası   Husilər  

Səudiyyə Ərəbistanı husilərə məxsus ballistik raketi məhv edib

2018/08/636184-ballistic-missile-saudi_1534571367.jpg
Oxunub: 220     13:47     18 Avqust 2018    