Rusiya “Army-2018” forumunda yeni helikopterlərini nümayiş etdirəcək

2018/08/russian_mi28-2_attack_helicopters_1534570131.jpg
Oxunub: 2162     13:21     18 Avqust 2018    
Rusiyanın “Rostec” dövlət müdafiə şirkətinin bir hissəsi olan “Russian Helicopters Group” “Army-2018” beynəlxalq hərbi və texniki forumunda yeni və modernləşdirilmiş helikopterlərini nümayiş etdirməyə hazırlaşır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə kompaniyanın mətbuat xidməti məlumat yayıb.

“Modernləşdirilmiş Mi-28NE helikopteri yeni texniki dizaynı ilə bu sərgidə nümayiş etdiriləcək. Helikopterdəki modernizasiya işləri onun əsas rotor sistemi və enerji təminatı hissələrini əhatə edib”, - deyə məlumatda bildirilib.

21-26 avqust tarixlərində Moskva yaxınlığında baş tutacaq forumda həmçinin Mi-171Sh hərbi və nəqliyyat helikopteri və Mi-26T2V ağır helikopterinin ən sonuncu modifikasiyasının da nümayiş etdiriləcəyi deyilir.

Nümayişi planlaşdırılan digər helikopterlər isə yenilənmiş Mi-35M və Mi-35P helikopterləridir. Kompaniyanın mətbuat xidməti bildirib ki, forumda onlara əlavə edilmiş yeni avionik avadanlıqlarla da tanış olmaq mümkün olacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Helikopter   Army-2018  


Bizi "telegram"da izləyin