Rusiya yeni nəsil zirehli gödəkçə istehsal edəcək

2018/08/39442930_1511252022309351_2992808635773485056_n_1534531319.jpg
Oxunub: 553     02:51     18 Avqust 2018    
Rusiyanın “Rostec” korporasiyası yeni nəsil zirehli gödəkçələrin təkmilləşdirilməsi üzərində işləyir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı şirkətin icraçı direktoru Sergey Çemezov bildirib.

O qeyd edib ki, yeni “Ratnik-3” adı verilən yeni hərbi vasitə özünün xarici analoqlarına nisbətən 12-15 faiz daha etibarlı olacaq.

“Biz yeni nəsil zirehli gödəkçələrin təkmilləşdirilməsi üzərində işlərə start vermişik. Araşdırmalarımız göstərir ki, hazırlanacaq yeni vasitə özünün xarici rəqiblərini kifayət qədər üstələyəcək. Hətta biz yeni hərbi vasitənin 12-15 faiz daha etibarlı olmasını planlaşdırırıq”, - deyə o bildirib.

Qeyd edək ki, 24 kiloqram ağırlığında olacaq yeni zirehli gödəkçə 10 metr məsafədən endiriləcək 7,62 mm-lik mərmiyə qarşı tam etibarlı vasitə olacaq.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Rostec   Ratnik-3  

Rusiya yeni nəsil zirehli gödəkçə istehsal edəcək

2018/08/39442930_1511252022309351_2992808635773485056_n_1534531319.jpg
Oxunub: 554     02:51     18 Avqust 2018    