Gəmi əleyhinə raketdən müdafiə sistemləri bazarı: 2016-2020

2018/08/39216079_2256527764375766_5537471424580550656_n_1534530732.jpg
Oxunub: 516     02:28     18 Avqust 2018    
Gəmi əleyhinə raketdən müdafiə sistemləri bazarı yüksək artım tendensiyası göstərən müdafiə sənayesi sektorlarından biridir.

Ordu.az xəbər verir ki, bu barədə “İndustry Today” jurnalının yayımladığı bazar araşdırması nəticələrində qeyd olunub.

Bildirilib ki, ötən il bazarın artım dinamikası 6,56 faiz təşkil edib ki, bu da 2016-cı ilə nisbətdə 1,3 faizlik yüksəliş deməkdir.

Qeyd olunub ki, hazırda “BAE Systems”, “General Dynamics”, “Lockheed Martin”, “Northrop Grumman” və “Raytheon”un ilk 5 yeri bölüşdüyü bazarın şübhəsiz lideri ABŞ-dır.

Belə ki, ötən il statistikalarına əsasən ümumi həcmi 26,3 milyard dollar olan gəmi əleyhinə raketdən müdafiə sistemləri bazarının 73 faizi ABŞ daxilində formalaşır.

Qeyd edək ki, son illərdə ortaya çıxan nəticələr bazarın 2020-ci ildə orta illik artım tempinin 9 faizin üzərində olacağını və bazarın həcminin də 33 milyard dolları keçəcəyi proqnozlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Raketdən-Müdafiə-Sistemi  

Gəmi əleyhinə raketdən müdafiə sistemləri bazarı: 2016-2020

2018/08/39216079_2256527764375766_5537471424580550656_n_1534530732.jpg
Oxunub: 517     02:28     18 Avqust 2018    