ANKA-S-in yeni sursatı atış sınaqlarını uğurla keçib - VİDEO
Oxunub: 3486
01:36
18 Avqust 2018
Türkiyə Müdafiə Sənayesi Nazirliyinin koordinasiyası ilə görülən işlər nəticəsində yerli silahlı PUA-ların imkanları genişləndirilib.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, peyk vasitəsilə nəzarət qabiliyyətinə malik ANKA-S PUA-sı Türkiyənin milli peyki ilə MAM-L sursatını atış sınaqlarından keçirilib.
Məlumatda bildirilir ki, ANKA-S sözügedən sınaqlardan uğurla keçib. Bununla da təhlükəsizlik bölmələri yerləşdikləri məkandan uzaq məsafədə olan bir bazadan havaya qaldırdıqları ANKA-S-i idarə edərək başqa bir yerdəki hədəfi məhv edə biləcək.