ABŞ yeni dəniz özüllü radar platforması formalaşdıracaq

2018/08/39287886_446796369160234_6526374690863185920_n_1534525120.jpg
Oxunub: 3305     01:16     18 Avqust 2018    
Pentaqon və TOTE şirkəti arasında dənizdə quraşdırılacaq “X-Band” radar sistemlərinin tikintisi ilə bağlı razılıq əldə edilib.

Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqonun mətbuat xidməti yayıb.

Bildirilib ki, ABŞ donanmasının xidmətinə veriləcək ballistik raketlərin aşkar edilməsi məqsədi güdən yeni radar platformasının tikintisi 1 il çəkəcək.

Ümumi dəyəri 11 milyon dollar olan layihənin 2019-cu il ərzində həyata keçirilməsi planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ   X-Band  


Bizi "telegram"da izləyin