Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən layihənin ümumi dəyəri 707,7 milyon dollardır.
Məsələ ilə bağlı Hindistan Müdafiə Nazirliyindən bildirilən açıqlamada qeyd olunub ki, Hindistan Müdafiə Şurasının təsdiq barədə qərarından sonra döyüş gəmilərinin donanmanın xidmətinə verilməsi ilə bağlı işlərə başlanılıb.
Məlumata əsasən, mina axtarma, nəzarət və digər patrul xidmətləri üçün istifadə olunacaq NGOPV gəmiləri Hindistanın yerli şirkətləri tərəfindən istehsal olunub.
Dəyanət Ağalarlı
Ordu.az