Ordu.az xarici KİV-lərə istinadən xəbr verir ki, hazırda dünya dövlətlərində mövcud olan hüquqi tənzimləmələr silahların funksiyası ilə üst-üstə düşmür.
Buna baxmayaraq, sözügedən məsələ ilə bağlı əngəllərin aradan qaldırılması zəruri mexanizmlərin hazırlanması məqsədilə diplomatik cəhdlər edilir. Məsələn Britaniya bu kimi sistemlərin hazırlanması prosesinin idarəolunması və ya qadağan edilməsi ilə bağlı yekun qərarın müzakirələrini aparır.
Üstəlik Birləşmiş Krallıq 27-31 avqust tarixlərində Cenevrədə baş tutacaq görüşdə də avtonom silahlarla bağlı beynəlxalq tənzimləyici sənədin qəbul edilməsi üzrə təklif irəli sürməyə hazırlaşır. Sənəddə Britaniya hökumətinin bu məsələyə mövqeyi və onlara hüquqi tənzimləmələrlə nəzarət imkanlarına dair təkliflər yer alıb.
Lakin prosesin uzun olacağı ehtimal edilir. Təbii ki, ilkin olaraq siyasi liderlər bunu müzakirə etsələr də, müdafiə sənayesi və texnologiya sahəsi üzrə fəaliyyət göstərən kompaniyaların məsələyə münasibəti hələlik tam aydın deyil.
Ağalar Ağalarlı
Ordu.az