TSQ Münbicdə patrul reydlərinin 31-ci mərhələsini keçirib

2018/08/thumbs_b_c_799112f170fcaa53e207b606caf75e49_1532611733_1534514791.jpg
Oxunub: 3969     22:34     17 Avqust 2018    
Türkiyə Silahlı Qüvvələri ABŞ hərbçiləri "Fərat Qalxanı" əməliyyat zonası ilə Münbic arasındakı zolaqda 31-ci koordinasiyalı patrul reydini keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Baş Qərargahı yayıb.

Bildirilib ki, bu gün ABŞ və Türkiyə hərbi qüvvələri Münbicdən YPG silahlılarının tam şəkildə çıxarılmasının yoxlanılması məqsədilə bölgədə patrul reydi keçirib.

Qeyd edək ki, sayca 31-cisi baş tutan reydlərin ilk mərhələsi ABŞ və Türkiyə arasında qəbul edilən Münbic Yol Xəritəsinə əsasən 18 iyunda keçirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Münbic   Patrul-Reydi  


Bizi "telegram"da izləyin