Netanyahu: "İsrailin hərbi xərcləri 7 milyard dollar artırılacaq"

2018/08/Без-названия_1534514072.jpg
Oxunub: 2964     21:52     17 Avqust 2018    
İsrail rəhbərliyi 2030-cu il üçün uzun müddətli hərbi planlarını elan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu çıxış edib.

O bildirib ki, İsrail 2030-cu ilə qədər özünün hərbi xərclərini 26 milyard dollara çatdırmağı planlaşdırır.

“İsrailin hərbi xərcləri 2030-cu ildə daha 7 milyard dollar artırılaraq 26 milyard dollara çatdırılacaq. Belə ki, bizim proqnozlarımıza əsasən, bu rəqəm həmin il üçün olan ümumdaxili məhsulun 6 faizini, ümummilli məhsulun isə 0,2-0,3 faizini təşkil edəcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, İsrailin hazırda hərbi xərcləri 19 milyard dollardır və bu rəqəm ümumdaxili məhsulun 5,6 faizinə bərabərdir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hərbi-Xərclər  


Bizi "telegram"da izləyin