Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı şirkətin mətbat xidməti yayıb.
Bildirilib ki, tərəflər 10 avqust tarixində ümumi dəyəri 41,9 milyon dollar olan müqaviiləyə imza atıblar.
Məlumata əsasən təkmilləşdirilmiş işıq və lazer hücumundan müdafiə sistemlərinin istehsalı və sınağını əhatə edən layihə üzrə işlər növbəti il ərzində baş tutacaq.
Qeyd edək ki, ABŞ HHQ sözügedən vasitələri Yaxın Şərqdə ABŞ pilotlarına qarşı terrorçular tərəfindən həyata keçirilən lazer və işıq hücumlarının qarşısını almaq məqsədilə istifadə edəcək.
Dəyanət Ağalarlı
Ordu.az