Yəmən ordusu növbəti şəhəri qiyamçılardan azad edib

2018/08/eOZ78qfafgAeEehqgTHX59ezl7kJeUDdipw5SBZO_1534511475.jpeg
Oxunub: 2754     20:59     17 Avqust 2018    
Yəməndə hökumət qüvvələri husi qiyamçılarının nəzarətindəki daha bir şəhəri azad ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Yəmən ordusunun generalı Yasir Əl-Hərti bildirib.

O qeyd edib ki, ordu qüvvələri əməliyyatlar nəticəsində Səda vilayətinin husi qiyamçılarının nəzarətindəki Bəqam şəhərini azad edib.

Məlumata əsasən, şəhər uğrunda baş verən qarşıdurmalarda azı 20 qiyamçı zərərsizləşdirilib.

Qeyd edək ki, ordu bölgədə əməliyyatlarını hazırda da davam etdirir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Husilər  


Bizi "telegram"da izləyin