Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, Əfqanıstan ordusunun 203-cü korpusuna təlim keçəcək briqadanın, həmin korpusun qərargahına çıxışına əngəllər yaradılır.
Həmçinin onların təchizat, ləvazimatlara daimi baxış və logistik xidmətlərində də problemlər meydana gəlir.
NATO missiyası çərçivəsində 2011-2012-ci illər ərzində Zəbul, Qəndəhar və İraqda xidmət etmiş hərbçi Fontana isə bu problemlərin hər zaman olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-ın təxminən 800-1000 nəfərlik hərbçinin iştirakı ilə formalaşdırdığı ümumilikdə 6 yardım briqadası Əfqanıstan əsgərlərinə təlim keçməklə yanaşı, hava hücumlarının koordinasiyası və digər taktiki dəstək təmin edəcək.
Ağalar Ağalarlı
Ordu.az