Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, ölkənin İraqla sərhəddə yerləşən Banah qəsəbəsidə sərhədi mühafizə edən hərbçilərə silahlı hücum edilib.
Bildirilib ki, mənşəyi bəlli olmayan bir qrup silahlı İran ərazisinə sızmağa çalışarkən sərhəd keşikçilərinə hücum ediblər. Onların bu cəhdinin qarşısı alınsa da, azı 4 hərbçinin öldüyü və ya yaralandığı bildirilir.
Ağalar Ağalarlı
Ordu.az