BMT Yəmən hökuməti və husiləri sülh danışıqlarına dəvət edib

2018/08/un-sunnypanorama-crop2_1534502554.jpg
Oxunub: 4027     18:43     17 Avqust 2018    
BMT Yəmən hökuməti və husi qiyamçılarını sentyabrın 6-da Cenevrədə sülh danışıqları aparmağa dəvət edib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin mətbuat katibi Alessandra Velluci bildirib.

“Mən Xüsusi Nümayəndəlik bürosundan Yəmən hökuməti və “Ənsərullah”a dəvət göndərildiyini təsdiqləyə bilərəm”, - deyə Velluci söyləyib.

O bildirib ki, qurumun Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits üç ildən çoxdur davam edən münaqişəni aradan qaldırmaq və tərəfləri sülh masasına gətirmək üçün intensiv cəhdlər edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Yəmən   Husilər  


Bizi "telegram"da izləyin