Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Baş Qərargahı yayıb.
Bildirilib ki, son 7 gün ərzində Türkiyənin Siirt və Şırnak vilayətlərində həmçinin İraqın şimalında həyata keçirilən əməliyyatlarda PKK terror qruplaşmasının 7-si önəmli fiqur olmaqla ümumilikdə 52 üzvü məhv edilib.
Məlumata əsasən, əməliyyatlar nəticəsində 19 piyada tüfəngi, 1 ədəd RPQ-7, 30 ədəd qumbara, 10 rabitə vasitəsi, 150 kiloqram mərmi və 41 ədəd kustar üsulla hazırlanmış partlayıcı maddə müsadirə edilib.
Dəyanət Ağalarlı
Ordu.az