Ordu.az xəbər ki, bu barədə rəsmi məlumatı Pentaqonun mətbuat xidməti yayıb.
Bildirilib ki, hazırda Çin ordusunun xidmətində müxtəlif mənzilli 2 min ədəd ballistik raket mövcuddur.
Belə ki, hazırda Çin 75-100 ədəd qitələrarası, 16-30 ədəd uzaq mənzilli, 200-300 ədəd orta mənzilli və 1000-2000 ədəd yaxın mənzilli olmaqla ümumilikdə təxminən 2 minə qədər ballistik raketə sahibdir.
Qeyd edək ki, Pentaqon bu raketlərin Tayvan və ABŞ-ı daima təhdid altında saxladığını və istənilən potensial müharibə zamanı istifadə edilə biləcəyini bildirib.
Dəyanət Ağalarlı
Ordu.az