Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İsrail Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, ümumi dəyəri 1,048 milyard dollar olan layihə ilə bağlı yekun razılıq qəbul ediləcəyi təqdirdə iki mərhələdə ümumilikdə 24 ədəd F-16 qırıcısı Bolqarıstana təhvil veriləcək.
Məlumata əsasən, layihədə qırıcıların ilk 12 ədədinin 2020-ci ilin birinci rübündə, növbəti 12-sinin isə 2022-ci il ərzində təhvil veriləcəyi qeyd olunub.
Qeyd edək ki, tərəflər arasında aparılan danışıqlarla bağlı yekun qərar sentyabrın 22-si veriləcək.
Dəyanət Ağalarlı
Ordu.az