Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyanat yayıb.
Bəyanatda deyilir ki, Vaşinqton Pxenyan üzərində tətbiq etdiyi təzyiqin necə dəhşətli nəticələr doğuracağından xəbərdar deyil.
“ABŞ-ın BMT TŞ və onun Şimali Koreya ilə bağlı 1718 saylı Sanksiyalar Komitəsi çərçivəsindən kənar tətbiq etdiyi destruktiv taktikaları sadəcə sülh prosesi və böhranın həllini sarsıda bilər”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, çərşənbə günü Vaşinqton ABŞ sanksiyalarını pozaraq Pxenyanla alkoqol və tütün ticarəti aparan Rusiyanın liman xidməti agentliyi və Çin firmalarına qarşı yeni sanksiyalar qəbul edib.
Ağalar Ağalarlı
Ordu.az