Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun bölgədəki vəziyyətlə bağlı yayımladığı hesabatda qeyd olunub.
Bildirilib ki, Çinin son aylarda Cənubi Çin dənizində yerləşən mübahisəli adalarda həyata keçirdiyi hərbi fəaliyyətləri Pentaqon tərəfindən olduqca diqqətlə izlənilir.
“Çinin sözügedən adalarda nüvə təhdidləri formalaşdıra biləcəyi ilə bağlı bir sıra kəşfiyyat məlumatları mövcuddur. Bu mənbələr göstərir ki, hazırda Çin hərbi rəhbərliyi Xalq Azadlıq Ordusunun desant çıxardığı mübahisəli adalarda nüvə başlıqlarının yerləşdirilməsi ilə bağlı planlar üzərində işləyir. Hətta bu addımın 2020-ci ilə qədər praktiki şəkildə tətbiq edilməsi ilə bağlı planların da olduğu əldə edilən kəşfiyyat məlumatlarında qeyd olunub”, - deyə Pentaqonun hesabatında vurğulanıb.
Dəyanət Ağalarlı
Ordu.az