Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Səudiyyə Ərəbistanı hərbi mənbələri yayıb.
Bildirilib ki, qiyamçılar Yəmənin Səudiyyə Ərəbistanı ilə sərhəd ərazilərindən krallıq ordusunun Cizəndə yerləşən hərbi bazasını yaxın mənzilli ballistik raketlə hədəf alıb.
Məlumata əsasən endirilən 2 müxtəlif raket zərbəsinin hər ikisi Səudiyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib, itki yoxdur.
Qeyd edək ki, ötən gün də eyni bazaya hücum edildiyi və azı 8 hərbçinin həlak olduğu bildirilmişdi.
Dəyanət Ağalarlı
Ordu.az