ABŞ və Yaponiya donanmaları ortaq təlimlərə start verib

2018/08/Снимок_1534490808.png
Oxunub: 4308     15:30     17 Avqust 2018    
ABŞ-ın “USS Ronald Reagan” aviadaşıyıcısı Yaponiya ilə ortaq təlimlər əsnasında Filippin dənizində patrul reydi keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ donanmasının mətbuat xidməti yayıb.

Bildirilib ki, ABŞ və Yaponiya donanmaları Filippin dənizində ənənəvi olaraq hər il keçirilən təlimlərin növbəti mərhələsini təşkil edib.

Məlumata əsasən, təlimlər zamanı ABŞ-ın “USS Ronald Reagan” aviadaşıyıcısı dənizdə patrul reydi keçirib.

Qeyd edək ki, 1400-ə qədər hərbçinin iştirak etdiyi təlimlərin 4 gün davam etməsi planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya   Filippin-Dənizi   Hərbi-Təlimlər  


Bizi "telegram"da izləyin