Əfqanıstanda son 1 həftə: 1020 ölü, 1000-dən çox yaralı

2018/08/Снимок_1534489677.png
Oxunub: 3354     14:58     17 Avqust 2018    
Əfqanıstanda baş verən qarşıdurmalar son bir həftə ərzində yaxın bir neçə ilin ən pik səviyyəsinə çatıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Əfqanıstan Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, son 1 həftə ərzində başlıca hərbi qarşıdurmalar “Taliban” qiyamçılarının və İŞİD terror qruplaşmasının Qəzniyə, Baqlanda yerləşən "Əlavoddin" bazasına və Fəryabdakı hərbi bazaya hücumları zamanı yaşanıb.

Qeyd olunub ki, İŞİD-in Qəzniyə etdiyi hücumlarda 65 nəfər həlak olub, 70-i yaralanıb.

Ümumilikdə Qəznidə hər 3 tərəf arasında baş verən qarşıdurmalarda isə 145 hərbçi, 160 qiyamçı, 120 terrorçu və 60 mülki vətəndaş həlak olub.

Həmçinin Baqlandakı bazaya hücumda 45 hərbçi həlak olub, Fəryabdakı bazada isə 150 hərbçi ölüb, yaxud yaralanıb.

Qeyd edək ki, bütün bu statistikaların yekunu olaraq son 1 həftə ərzində Əfqanıstanda 250 təhlükəsizlik xidməti əməkdaşı, 100-dən çox mülki vətəndaş, 220-ə qədər İŞİD terrorçusu və 350-dən çox “Taliban” qiyamçısı olmaqla azı 1020 nəfər ölüb, 1000-dən çoxu isə yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban   İŞİD  


Bizi "telegram"da izləyin