Rusiyanın strateji bombardmançıları Alyaska yaxınlığında təlim keçib

2018/08/F201302260937259791209729_1534488396.jpg
Oxunub: 4440     14:30     17 Avqust 2018    
Rusiya Aerokosmik Qüvvələrinə məxsus nüvə imkanlı strateji bombardmançılar ölkənin uzaq şərqində yerləşən Çukot yarımdasında təlim keçib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimdə iştirak edən Tu-160 bombardmançıları Rusiyanın cənub-qərbində yerləşən Saratov yaxınlığındakı bazadan Çukot yarımdasına doğru 7000 kilometr məsafə qət edib.

Bu missiya sözügedən bombardmançıların ABŞ-ın Alyaska ştatı yaxınlığında yerləşir və Çukot yarımadasına ilk ziyarətləri olub. Təlimdə Tu-160-larla yanaşı, Tu-95 bombardmançıları və nəqliyyat təyyarələri də iştirak edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Tu-160  


Bizi "telegram"da izləyin