BMT: münaqişələrdə ölənlərin 75%-i sivillərdir

2018/08/5a3a215b61361f1e84577a63_1534487179.jpg
Oxunub: 1574     14:06     17 Avqust 2018    
Birləşmiş Millətlər Təşkilatı ötən il müharibə və qarşıdurmalarda partlayıcı silahlardan dolayı təxminən 43 min nəfərin həlak olduğunu bildirib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu, BMT Humanitar Yardım Koordinasiya İdarəsinin hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, ötən il ərzində partlayıcı silahlardan ölən hər dörd nəfərdən üçün, yəni 75%-i mülki şəxs olub. Daha dəqiq desək, 2017-ci ildə partlayıcı silahlardan həyatını itirən 43 minə yaxın insanın 31904-ü mülki şəxs olub.

Həmçinin onların 139-u humanitar yardım əməkdaşı olub. Əməkdaşların 102-si yaralanıb, 72-si isə qaçırılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Humanitar-Yardım  


Bizi "telegram"da izləyin