Çin bombardımançıları ABŞ-ı vurmağa hazırlaşır – Pentaqon

2018/08/h6k-chinese-bombers-e1526747679975_1534485537.jpg
Oxunub: 2893     13:40     17 Avqust 2018    
Çinə məxsus H-6K bombardımançıları Yapon adaları ətrafında geniş miqyaslı təlimlər keçirir.

Ordu.az Pentaqonun mətbuat xidmətinə istinadən xəbər verir ki, keçirilən hərbi təlimlər ABŞ və Çin arasında onsuz da qənaətbəxş olmayan münasibətləri daha da gərginləşdirir.

Belə ki, ötən gün Çinə məxsus 6 ədəd H-6K bombardımançısının Yaponiyanın cənub sahilləri yaxınlığında təlimlər keçirməsi və daha sonra şimala doğru istiqamətlənməsi Pentaqon tərəfindən heç də xoş qarşılanmayıb.

“Çin bombardımançıları son 3 ildə mütəmadi qaydada öz uçuş zolaqlarını genişləndirməyə davam edirlər. Ötən gün keçirilən təlim uçuşlarında təyyarələrin Okinava adasının şərqinə doğru yaxınlaşmaları Çinin ABŞ-ın bölgədəki 47 min nəfərlik hərbi qüvvələrini vurmağa hazırlaşdığını göstərir. Pekini bu tip təxribatçı addımlardan uzaq durmağa çağırırıq. Əks təqdirdə baş verəcəklərdən ABŞ məsuliyyət daşımır”,- deyə Pentaqondan bildirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin