Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Hindistan Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, ötən gün hər iki ölkənin hərbi nümayəndə heyəti Hindistanın Qellinq şəhərində bir araya gəlib.
Məlumata əsasən, tərəflər görüşdə iki ölkə arasında yaşanan anlaşılmazlıqları və mənfi halları müzakirə edərək, müxtəlif səviyyəli hərbi görüşlərin bundan sonra da təşkil edilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Hindistan Müdafiə Nazirliyi bu görüşü “iki ölkə arasındakı buzları əritmək üçün əhəmiyyətli addım” kimi xarakterizə edib.
Dəyanət Ağalarlı
Ordu.az