Rusiyanın cənubundakı hərbi təlimlərdə 6000 hərbçi iştirak edib

2018/08/1259106-745042070_1534482655.jpg
Oxunub: 2299     13:06     17 Avqust 2018    
Rusiyanın cənub hissəsində baş tutan təlimlərdə Rusiya ordusunun quru, dəniz və aviasiya bölmələrindən ümumilikdə 6 min hərbçi iştirak edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərb Dairəsinin mətbuat katibi Vadim Astafyev bildirib.

Onun sözlərinə görə, 6 min hərbçinin iştirakı ilə baş tutan təlimlərdə 2 mindən çox hərbi texnikadan istifadə edilib.

Qeyd edək ki, avqustun 1-də başlayan təlimlərin keçirildiyi ərazi Volqoqrad, Rostov, Kuban, Stavropol, Adıgey, Dağıstan, İnquşetiya, Ermənistandakı Rusiya hərbi bazası və digər bölgələri əhatə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Hərbi-Təlim  


Bizi "telegram"da izləyin