Pentaqondan 16 milyard dollarlıq layihə: “Lockheed”-KAI, yoxsa “Boeing”-“Saab”

2018/08/1td_1534428376.jpg
Oxunub: 2703     21:42     16 Avqust 2018    
ABŞ Hərbi Hava Qüvvələri tərkibindəki T-38C təlim qırıcılarının yeni təyyarələrlə əvəzlənməsi ilə bağlı 16 milyard dollarlıq tender elan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti yayıb.

Bildirilib ki, yeni layihə nəticəsində Hərbi Hava Qüvvələrinin xidmətindəki 350 ədəd T-38C təlim təyyarəsi daha müasir qırıcılarla əvəz ediləcək.

Məlumata əsasən tenderdə şansı ən yüksək dərəcədə qiymətləndirilən tərəflər isə Lockheed Martin”-KAI və “Boeing”-“Saab” konsorsiumlarıdır.

Belə ki, “Lockheed” və KAI ABŞ HHQ üçün T50A qırıcılarını, “Boeing” və “Saab” isə BTX-1 qırıcılarını təklif edir.

Qeyd edək ki, Pentaqon 2019-2024-cü illərdə həyata keçiriləcək layihə ilə bağlı yekun qərarını sentyabrda verəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Lockheed-Martin   KAI   Boeing   Saab  


Bizi "telegram"da izləyin