ABŞ və Norveç qırıcı təyyarələri birgə təlim keçib

2018/08/76567_1534427455.jpg
Oxunub: 1925     19:49     16 Avqust 2018    
ABŞ Hərbi Hava Qüvvələrinin F-22 stels qırıcıları Norveçin F-35 təyyarələri ilə birgə təlimlərə qatılıb.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə manevrlər NATO alyansının gücləndirilməsi və çəkindirmə gücünün artırılması istiqamətində görülən tədbirlər nəzdində həyata keçirilib.

Qeyd edək ki, bu həm də Norveç pilotlarının F-35-i idarə etdiyi ilk haldır. Onlardan birinin pilotu olan Norveç HHQ-nin mayoru Morten Hançe bunun çox gözəl təcrübə olduğunu və F-35-lərin gizlilik xüsusiyyəti olmayan təyyarələr üzərində böyük üstünlüyə sahib olduğunu vurğulayıb.

Qeyd edək ki, ilk dəfə döyüş şəraitində bu ilin mayında İsrail tərəfindən istifadə edilən F-35-lərə dair qeydləri müzakirə və müqayisə etmək məqsədilə gələn ay ABŞ, Norveç, Danimarka, İtaliya, Türkiyə, İsrail, Britaniya və Niderlanddan olan nümayəndələr ABŞ-da bir araya gələcəklər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Norveç   F-22   F-35  


Bizi "telegram"da izləyin