Əfqanıstan HHQ Hilmənddə “Taliban”ın mövqelərinə aviazərbələr endirib

2018/08/Afghan-Air-Force-A-29s_1534427409.jpg
Oxunub: 1876     21:50     16 Avqust 2018    
Əfqanıstan HHQ ölkənin Hilmənd vilayətində “Taliban” qiyamçılarının mövqelərinə intensiv hava zərbələri endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hilmənd vilayət rəhbərliyindən bildirilib.

Məlumatda deyilir ki, Hilməndin Şah Əncir bölgəsində endirilən aviazərbələr nəticəsində azı 13 qiyamçı məhv edilib.

Başqa bir məlumatda isə ABŞ-ın Tarix Nəvar zonasında da qiyamçıları hədəf aldığı və burada isə 14 qiyamçını məhv edildiyini, 7-sinin isə yaralandığı bildirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Hilmənd   Taliban  


Bizi "telegram"da izləyin