Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dəniz Korpusu Sistemlər Komandanlığının Piyadanın Döyüş Ləvazimatlarının proqram rəhbəri Nik Piers danışıb.
O bildirib ki, bunun üçün əsas üzərində dayanılan məsələ əsgərlərin müdafiəsini təmin etmək üçün istifadə edilən bədən zirehlərinin çəkisinin azaldılmasıdır.
“Bizim hazırda istifadə etdiyimiz Qabaqcıl Kiçik Silahlarda Müdafiə Zirehi həqiqətən də çox əhəmiyyətli faydalar verib və bir çox həyatı xilas edib. Lakin yeganə problem bundan ibarətdir ki, hərbçilərimiz hazırda ikili seçim qarşısındadırlar: 6,8 kiloqram daşıyıb yaxşı müdafiə olunmaq və ya da heç nə daşımayıb çox zəif müdafiə olunmaq”, - deyə Piers bildirib.
Onun sözlərinə görə, bu iki zidd seçimlər arasında qarışıqlığı aradan qaldırmaq məqsədilə hazırda piyadalar üçün hazırlanan zirehlərin çəkisini azlatmaq istiqamətində işlər görülür və bununla bağlı 2020-ci ilə qədər yekun nəticənin əldə edilməsi gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az