ABŞ donanması "robot dənizçi"lərdən istifadə etməyi planlaşdırır

2018/08/29024290767_0a6b09d236_k_1534426996.jpg
Oxunub: 3778     21:42     16 Avqust 2018    
ABŞ donanmasının rəhbərliyi fəaliyyətləri çərçivəsində robotlardan istifadənin genişləndirilməsini planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti yayıb.

Bildirilib ki, bu məqsədlə donanma daxilində qurulan Robotlaşdırma və Kəşfiyyat Sistemləri Mühəndisliyi laboratoriyasında müxtəlif məqsədli robotların istehsalı ilə bağlı elmi araşdırmalar aparılır.

Belə ki, robotlar əsasən donanma daxilində ikinci dərəcəli işləri həyata keçirəcək və insan əməyinə olan ehtiyacı minimuma endirəcək.

Qeyd edək ki, hazırlanacaq robotların ilkin olaraq “Nimitz” aviadaşıyıcısına inteqrasiyası planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Robot-Dənizçi  


Bizi "telegram"da izləyin