Aerokosmik kompozit materialları bazarına dair beşillik PROQNOZ

2018/08/plane01_b_1534427810.jpg
Oxunub: 4420     01:59     17 Avqust 2018    
ResearchAndMarket.com saytı qlobal aerokosmik kompozit materiallar bazarının inkişaf dinamikasına aid beşillik proqnozunu yayımlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, proqnoza görə, bazarın dəyəri 2023-cü ildə 4 milyard 234,4 milyon dollara çatacaq.

İllik 10,7% göstərici ilə böyüyən bazarın genişlənməsinə əsas səbəb hərbi aviasiyada komposit aplikasiyaların artması, aerokosmik aplikasiyalarda fiber komzitlərə olan tələbin yüksəlməsidir.

Bazarda əsas çəkiyə sahib region Şimali Amerikadır. 2017-ci ilin statistikalarına əsasən Şimali Amerika bu bazarın 35%-dən çoxunu öz əlində cəmləyib. İkinci yerdəki Avropanın payı isə 25%-ə bərabərdir.

Əsas istehsalçı şirkətlərdən “Hexcel Corporation”, “Owens Corning”, “Airbus SE”, “ArianeGroup” və “Avropa Peyk Naviqasiya Sənayeləri”ni nümunə göstərmək olar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aerokosmik-Kompozit-Materiallar   Airbus-SE  


Bizi "telegram"da izləyin