Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Pentaqonun mətbuat katibi Rebeka Rebeyriç bildirib.
O qeyd edib ki, İranın keçirdiyi raket sınaqları ənənəvi hərbi fəaliyyətlərinin bir hissəsidir.
“Bu sınaqlar İranın hər il keçirdiyi ənənəvi sınaqların növbəti mərhələsini təşkil edib. Vaşinqton bu sınaqlarda hər hansısa təhdidkar bir mesaj aşkarlamayıb. Tehranın raket sınaqları təhdid doğuracağı təqdirdə adekvat cavabı alacaq”, - deyə o vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az