ŞƏT-in hərbi təlimlərində iştirak edəcək Çin qüvvələrinin sayı məlum olub

2018/08/1183248_1534424103.jpg
Oxunub: 2656     02:51     17 Avqust 2018    
Çin Xalq Azadlıq Ordusunun Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin “Sülh Missiyası – 2018” hərbi təlimlərində iştirak edəcək qüvvələrinin sayı açıqlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Çin bu təlimlərdə 700 əsgər və 100-dən çox hərbi texnika ilə təmsil olunacaq. Hərbçilərin Çinin mexanikləşdirilmiş kompaniya, qarışıq artilleriya batareyası, komanda və logistika kompaniyasının personalı, eyni zamanda Xüsusi Təyinatlı Qüvvələrdən olduğu bildirilir.

Təlimə qatılacaq hərbi texnikalar artıq qatarla Rusiyaya gətirilib. Onların tanklar, zirehli transportyorlar, piyadanın döyüş vasitəsi, haubitsalar, rabitə və logistik dəstək vasitələri olduğu söylənilir.

Qeyd edək ki, “Sülh Missiyası – 2018” Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin birgə hərbi təlimlərinə verilən addır. O, 22-29 avqust tarixlərində Rusiyanın Çelyabinsk regionunda baş tutacaq. Təlimlərdə Qazaxıstan, Tacikistan, Rusiya, Çin, Hindistan və Pakistan orduları iştirak edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Rusiya   ŞƏT  


Bizi "telegram"da izləyin