Amerikalı hərbçi: “ABŞ HHQ Qəzni əməliyyatlarını davam etdirəcək”

2018/08/39310523_283864589082277_6178491342138638336_n_1534423293.jpg
Oxunub: 2312     20:34     16 Avqust 2018    
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi vasitələr “Taliban”a qarşı hava əməliyyatlarına davam edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Əfqanıstandakı ABŞ hərbi birliklərinin mətbuat katibi Martin Donel bildirib.

O qeyd edib ki, ABŞ ötən həftə cümə günündən etibarən başlatdığı hava əməliyyatlarını Qəzni “Taliban”dan tam olaraq təmizlənənə qədər davam etdirəcək.

Donel bildirib ki, əməliyyatlar üçün B-1 bombardımançıları, A-10 və F-16 qırıcıları tam hazır vəziyyətdə saxlanılırlar.

Qeyd edək ki, bu ana qədər ABŞ-ın Qəznidə həyata keçirdiyi hava əməliyyatlarında azı 220 “Taliban” üzvü zərərsizləşdirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin