Süni zəka silahları yarışı: Çin ABŞ-ı narahat etməyə davam edir

2018/08/39281949_2116956361648105_5244475812278697984_n_1534423194.jpg
Oxunub: 3823     01:15     17 Avqust 2018    
Çin hərbi məqsədlər üçün süni zəka layihələrinin araşdırma və təkmilləşdirmə işləri üçün yatırdığı əhəmiyyətli investisiyalarla 2030-cu ilə kimi bu sahənin lideri olmağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, aparılan araşdırma göstərir ki, Çində bu sahənin araşdırılması ilə bağlı 2011-2015-ci illər ərzində 41 min səhifəlik elmi yazı nəşr edilib.

Çin hərbi rəhbərliyinin həyata keçirdiyi uğurlu strateji addımlar nəticəsində ölkə daxilində ciddi rəqabət mühiti formalaşdırılıb.

Belə ki, hazırda sadəcə “Alibaba” və “Baidu” kimi şirkətlər bu sahəyə orta hesabla illik 16 milyard dollar investisiya yatırırlar.

Qeyd edək ki, Çin Müdafiə Nazirliyi həyata keçirilən bu layihələrlə 2030-cu ilə kimi sektorun liderliyini ələ almaq niyyətində olduğunu bildirib.

Araşdırmalara əsasən 2011-ci ildə ABŞ-ın bu sahəyə xərclədiyi investisiya Çinin yatırdığı investisiyanı 6 dəfə üstələyirdisə, hazırda bu rəqəmlər demək olar ki, bir-birinə bərabərdir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Süni-Zəka   Çin   ABŞ  


Bizi "telegram"da izləyin