ATƏT Moldovada seperatçıların təlim keçirməsini təsdiqləyib

2018/08/39252997_2151715675105650_7920239754786897920_n_1534422952.jpg
Oxunub: 3472     00:57     17 Avqust 2018    
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Moldovadakı heyəti Dnestryanı bölgədə seperatçıların həyata keçirdiyi təlimləri qınayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, seperatçılar 14-15 avqust tarixlərində Moldovanın Dnestryanı bölgədə təhlükəsiz zona olaraq müəyyən edilmiş ərazidə qeyri-qanuni hərbi təlimlər həyata keçirib.

Məlumata əsasən, hərbsizləşdirilmiş zonada keçirilən təlimlərdə çox sayda seperatçı silahlı və onlara məxsus texnika iştirak edib.

Məsələ ilə bağlı münasibət bildirən ATƏT-in Moldova missiyası ərazidə monitorinq keçirildiyini və səslənən iddiaların tam olaraq həqiqəti əks etdirdiyini bildirib.

Həmçinin ATƏT keçirilən təlimləri qınayaraq bunun hökumətlə seperatçılar arasında əldə edilən razılığı sarsıtdığını bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Moldova   Dnestryanı  


Bizi "telegram"da izləyin