X-37B ABŞ HHQ-nin başlıca kəşfiyyatçısı olacaq

2018/08/39211019_2339101622991967_8725416642407825408_n_1534422783.jpg
Oxunub: 2942     00:11     17 Avqust 2018    
ABŞ-ın miniatür kosmik təyyarəsi kosmosda uğurlu kəşfiyyat fəaliyyətlərini davam etdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən təyyarə ABŞ-ın bu sinifdən olan 5-ci layihəsini təşkil edir.

Belə ki, “Orbital Test Vehicle – 5” (OTV-5) adı ilə kosmosa buraxılan X-37B təyyarəsi ABŞ-ın kosmik kəşfiyyatlar üzrə tam ixtisaslaşdırılmış miniatür kosmik təyyarələrindən biridir.

Belə ki, 340 gündür ki, ABŞ Hərbi Hava Qüvvələrinin bir sıra tam məxfi kəşfiyyat əməliyyatlarını həyata keçirən təyyarənin bənzər versiyası dünyanın heç bir dövlətində istifadə edilmir.

Qeyd edək ki, təyyarə 7 sentyabr 2017 tarixində Floridadan havaya buraxılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-HHQ   X-37B  


Bizi "telegram"da izləyin