Ordu.az “Defense News”a istinadən xəbər verir ki, bununla bağlı Yaponiya Müdafiə Nazirliyi hesabat yayıb.
Hesabatda bildirilir ki, Yaponiyada 2017-ci il aprelin birindən bu il martın 31-nə qədər olan dövrü əhatə edən sonuncu maliyyə ili ərzində 10 ən böyük yerli müdafiə sənayesi şirkəti 7,5 milyard dollar dəyərində müqavilə imzalayıb.
Bu şirkətlərdən doqquzu “Defense News Top 100” siyahısına daxil olarkən, onlardan ikisi – “Mitsubishi Heavy Industries” və “Kawasaki Heavy Industries” şirkətləri ilk əllilikdə yer almağa nail olub.
Yaponiya kompaniyalarının iştirak etdiyi yeni proqramlarla özü hərəkətə gələn artilleriya, zirehli döyüş vasitələri, piyadanın döyüş vasitəsi, ballistik raketdən müdafiə imkanına malik esmineslər, çoxməqsədli esmines və sualtı gəmilərin yerli sənaye ilə istehsalı hədəflənib.
Milli müdafiə sənayesinin inkişafına baxmayaraq, ölkənin silah idxalına ayırdığı vəsait də böyük sürətlə böyüyür. Belə ki, hesabatda qeyd olunub ki, əgər Yaponiya 2011-ci ildə silah idxalına 390 milyon dollar xərcləmişdisə, bu rəqəm 2016-cı maliyyə ilində 4,4 milyard dollara qədər yüksəlib və bu cəmi beş ildə 10 dəfədən daha çox artım deməkdir.
Ağalar Ağalarlı
Ordu.az